Brendinizi düzgün təqdim edən, sürətli işləyən və satışa xidmət edən veb saytlar hazırlayırıq.

Biznesinizin rəqəmsal ünvanı
UX və informasiya strukturu
Ziyarətçinin axtardığını tez tapması üçün səhifələri və axınları planlaşdırırıq.
UI dizayn
Brendinizə uyğun, hər ekranda gözəl görünən müasir dizayn hazırlayırıq.
Tərtibat və idarəetmə paneli
Sürətli, təhlükəsiz sayt və məzmunu özünüz yeniləyə biləcəyiniz admin panel qururuq.
E-ticarət
Kataloq, səbət, ödəniş və sifariş idarəetməsi olan onlayn mağazalar hazırlayırıq.
Korporativ saytdan onlayn mağazaya
Fəaliyyətimiz ərzində pərakəndə, səhiyyə, təhsil, texnologiya və digər sahələrdə 100-dən çox veb sayt hazırlamışıq.
Hər layihədə məqsəd eynidir: ziyarətçi saytı rahat istifadə etsin, siz isə nəticəni görəsiniz — müraciət, satış və ya etibar.


Yaxşı sayt sizin üçün işləyir
Düzgün qurulmuş veb sayt:
- Rəqiblər arasında sizi fərqləndirir
- Müştəri və investorlar üçün etibar yaradır
- Mobil cihazlarda qüsursuz işləyir
- Axtarış sistemlərində tapılmağa hazırdır
Tez-tez verilən suallar
Veb sayt nə qədər müddətə hazır olur?
Korporativ saytlar adətən bir neçə həftəyə, böyük e-ticarət layihələri daha uzun müddətə hazırlanır. Dəqiq plan ilk görüşdən sonra verilir.
Saytın məzmununu özüm dəyişə biləcəyəm?
Bəli, bütün saytlarımızda mətn, şəkil və səhifələri yeniləmək üçün idarəetmə paneli olur.
Sayt mobil cihazlarda düzgün görünəcək?
Bəli, hər sayt telefon, planşet və kompüter üçün ayrıca yoxlanılır.
Onlayn ödəniş qoşmaq mümkündür?
Bəli, yerli bank və ödəniş sistemləri ilə inteqrasiya edirik.
Saytı buraxılışdan sonra dəstəkləyirsiniz?
Bəli, texniki dəstək, yeniləmələr və yeni funksiyalar üçün davamlı xidmət təklif edirik.
Bu xidmət üzrə layihələr
Bütün layihələrDigər xidmətlərimiz

Mobil tətbiqlər
İdeyanızı iOS və Android istifadəçilərinin hər gün açdığı, rahat və sürətli bir tətbiqə çeviririk.
Ətraflı
Muzeylər
Eksponatları danışdıran, ziyarətçini tamaşaçıdan iştirakçıya çevirən rəqəmsal muzey təcrübələri yaradırıq.
Ətraflı
Rəqəmsal marketinq
Brendinizi doğru auditoriyaya çatdırır, maraqdan satışa qədər olan yolu ölçülə bilən edirik.
Ətraflı
VR layihələr
İstifadəçini başqa bir dünyaya aparan, yaddaşda qalan VR təcrübələri, turlar və simulyasiyalar hazırlayırıq.
Ətraflı
360º layihələr
Tamaşaçının hər tərəfə baxa bildiyi immersiv 360° çəkilişlər və virtual turlar hazırlayırıq.
Ətraflı
Artırılmış Reallıq
Rəqəmsal məzmunu real dünyanın üzərinə yerləşdirən, məhsullarınızı canlandıran AR həlləri hazırlayırıq.
Ətraflı
İnteraktiv stendlər
Sərgi, tədbir və ticarət məkanlarında insanları özünə çəkən toxunuşlu, proyeksiyalı və hərəkətə həssas qurğular hazırlayırıq.
Ətraflı
