Mobil tətbiq hazırlanması - Customar Interactive

İdeyanızı iOS və Android istifadəçilərinin hər gün açdığı, rahat və sürətli bir tətbiqə çeviririk.

Mobil tətbiqlər

Biznesinizin cibdəki versiyası

  • UX araşdırma və prototip

    İstifadəçi axınlarını əvvəlcədən qururuq, interaktiv prototiplə ideyanı kod yazılmadan sınaqdan keçiririk.

  • UI dizayn

    Brendinizə uyğun, platformanın qaydalarına hörmət edən və gözə xoş gələn ekranlar hazırlayırıq.

  • iOS və Android tərtibatı

    Hər iki platformada stabil, sürətli və asan yenilənən tətbiq yazırıq.

  • Yayım və dəstək

    App Store və Google Play-də dərc edir, buraxılışdan sonra da tətbiqi yeniləyib izləyirik.

Tədbirdən e-ticarətə qədər mobil həllər

Tədbir tətbiqləri, sifariş və rezervasiya sistemləri, daxili korporativ alətlər — hər layihədə əvvəlcə istifadəçinin nə etmək istədiyini anlayır, sonra ən qısa yolu dizayn edirik.

Tətbiq sizin komandanız üçün də rahat olmalıdır: idarəetmə paneli, bildirişlər və analitika əvvəldən planlaşdırılır.

Yaxşı tətbiq müştərini sizə bağlayır

Telefon insanların ən çox vaxt keçirdiyi ekrandır. Düzgün qurulmuş tətbiq:

  • Müştəri ilə birbaşa və daimi əlaqə yaradır
  • Təkrar satışları və sadiqliyi artırır
  • Bildirişlərlə doğru anda doğru mesajı çatdırır
  • Proseslərinizi avtomatlaşdırıb vaxta qənaət edir

Tez-tez verilən suallar

Mobil tətbiqin hazırlanması nə qədər çəkir?

Funksionallığa görə dəyişir. Sadə tətbiq bir neçə həftəyə, mürəkkəb sistemlər bir neçə aya hazır olur. Dəqiq vaxtı ilk görüşdən sonra plan şəklində təqdim edirik.

Həm iOS, həm Android üçün hazırlayırsınız?

Bəli. Layihənin ehtiyacına görə hər iki platformanı bir kod bazası ilə və ya ayrıca hazırlayırıq.

Tətbiqi App Store və Google Play-də siz dərc edirsiniz?

Bəli, dərc prosesini tam idarə edir və mağazaların tələblərinə uyğunluğu təmin edirik.

Buraxılışdan sonra dəstək verirsiniz?

Bəli. Xəta düzəlişləri, yeni əməliyyat sistemi versiyalarına uyğunlaşma və yeni funksiyalar üçün davamlı dəstək təklif edirik.

Tətbiq üçün idarəetmə paneli olacaqmı?

Lazım olduqda məzmunu, istifadəçiləri və sifarişləri idarə etmək üçün veb əsaslı admin panel hazırlayırıq.