SOCAR Petroleum üçün korporativ vebsayt
“SOCAR Petroleum” üçün korporativ vebsayt.
Azərbaycanın aparıcı yanacaq pərakəndə satış şirkəti “SOCAR Petroleum” QSC üçün hazırladığımız korporativ vebsayt, şirkətin fəaliyyəti, xidmət şəbəkəsi və məhsulları haqqında məlumatı vahid, strukturlaşdırılmış formada təqdim edir. Sayt Haqqımızda, Fəaliyyət, Davamlılıq, Karyera, Media və Əlaqə bölmələrini əhatə edir.
Xidmət şəbəkəsi və interaktiv xəritə. İstifadəçilər Google Xəritə əsaslı interaktiv modul vasitəsilə Azərbaycan üzrə yanacaqdoldurma stansiyalarını, terminal bazalarını və CNG məntəqələrini xəritə üzərində görə bilirlər.
Məhsullar və yanacaq kartları. Şirkətin təklif etdiyi yanacaq növləri (A92, Premium, Super və s.) qiymətləri ilə birgə ayrıca səhifədə təqdim olunur; korporativ müştərilər üçün nəzərdə tutulan yanacaq kartları xidməti də ətraflı təsvir edilib.
Korporativ məlumat və media. Sayt şirkətin tarixçəsi, rəhbərliyi, xidmət şəbəkəsinin əsas göstəriciləri və davamlılıq təşəbbüsləri haqqında məlumatı əks etdirir. Xəbərlər bölməsi, foto/video qalereya və vakansiyalar səhifəsi ilə tamamlanıb.
Dizayn tam responsiv hazırlanıb və mobil cihazlarda naviqasiya, xəritə və məzmun bölmələri eyni rahatlıqla işləyir.








