Gray Design üçün interyer dizaynı portfoliosu
Gray Design üçün zərif interyer dizaynı portfoliosu.
Gray Design — Bakıda fəaliyyət göstərən interyer dizaynı studiyası üçün hazırladığımız portfolio sayt, studiyanın son layihələrini zərif, minimal və tünd fonlu vizual dizaynla təqdim edir. Sayt Portfolio, Dizayn, Təmir, Kurslar, İnteryer üslubu və Əlaqə bölmələrini əhatə edir; hər layihə kartında sahə ölçüsü, istifadə olunan materiallar və göstərilən xidmətlər haqqında ətraflı təsvir yer alır.
Dizayn tam responsiv hazırlanıb və böyük, keyfiyyətli vizual şəkillərə fokuslanaraq studiyanın işlərini həm masaüstü, həm mobil cihazlarda ən yaxşı şəkildə nümayiş etdirir.








