Coopo üçün UGC marketpleys platformasının hazırlanması
Coopo üçün brendləri, agentlikləri və content creator-ları bir araya gətirən UGC marketpleys platformasının hazırlanması.
Coopo — brendlərin performans əsaslı UGC (istifadəçi tərəfindən yaradılan məzmun) kampaniyaları başlatdığı, agentliklərin çoxbrendli işlərini bir paneldən idarə etdiyi və content creator-ların yalnız real nəticəyə görə qazandığı marketpleys platformasıdır. Customar olaraq platformanın veb saytını hazırladıq: üç fərqli auditoriya — brendlər, agentliklər və creator-lar — üçün ayrıca giriş bölmələri qurduq, hər biri öz mesajı, vizual dili və CTA-larına (Request a demo, Book a Strategy Call, Download for iOS/Android) malikdir.
Sayt tünd fonlu, müasir və minimal dizayn dili ilə hazırlanıb. Layihələr (Projects) bölməsi real kampaniyaların case study-lərini creator sayı, ümumi görüntülənmə və üzvi əhatə kimi konkret göstəricilərlə təqdim edir, Blog bölməsi isə sənaye üzrə analitik məqalələrlə tamamlanır. Sayt Azərbaycan, ingilis, rus və özbək dillərində işləyir və tam responsiv struktura malikdir — bütün bölmələr həm masaüstü, həm də mobil cihazlarda sürətli və rahat açılır.








