BeIT Partners üçün Hərtərəfli Rəqəmsal Marketinq layihəsi

BeIT Partners üçün Hərtərəfli Rəqəmsal Marketinq layihəsi

Sifarişçi

BeIT Partners

Görülən iş

Rəqəmsal marketinq

Köhnəlmiş standartları arxada qoyub, kompleks rəqəmsal marketinq və ağıllı IT həlləri ilə BeIT Partners-in onlayn kimliyinə yeni nəfəs gətirdik!

1. Diaqnostika və Strategiyanın Qurulması:

  • Şirkətin mövcud dizayn və marketinq resursları tam audit edildi, ehtiyaclar müəyyənləşdirildi.
  • Brendinq strategiyası və rəqəmsal platformalarda satış potensialını artırmaq üçün 12 aylıq rəqəmsal marketinq planı hazırlandı.
  • Avropa bazarı, sənaye trendləri, rəqiblər və hədəf kütlə üzrə geniş bazar araşdırması, o cümlədən SWOT analizi həyata keçirildi.

2. Veb İnkişaf və E-ticarət İnteqrasiyası:

  • UI/UX standartlarına cavab verən, istifadəçi mərkəzli və müasir dizayna malik 12 səhifəlik yeni veb-sayt (Front-end və Back-end) sıfırdan yığıldı.
  • Məhsul və xidmətlərin nümayişi üçün xüsusi modullar, o cümlədən e-ticarət (e-commerce) və onlayn ödəniş (payment gateway) sistemləri inteqrasiya edildi.
  • Müştərilərlə sürətli əlaqə üçün WhatsApp inteqrasiyası və saytın asan idarə olunması üçün "Admin Panel" quruldu.

3. SEO və Məzmun (Content) Optimizasiyası:

  • Sayt axtarış sistemləri üçün tam optimizasiya edildi (meta teqlər, URL strukturlarının qurulması, schema markup, sitemap.xml, sürət və mobil uyğunluq optimizasiyası).
  • Veb-saytın axtarışlarda önə çıxması və istifadəçi cəlbi üçün SEO yönümlü 10-15 məhsul səhifəsi və 5-10 bloq yazısı yaradıldı.

4. CRM (Müştəri Münasibətlərinin İdarə Edilməsi) Sisteminin Yaradılması:

  • Müştəri məlumatlarının, "lead"lərin (potensial müştərilərin) izlənməsi və satış prosesinin (sales pipeline) idarə olunması üçün xüsusi CRM sistemi tətbiq edildi.
  • Sistemə e-poçt inteqrasiyası, hesabatlılıq modulları və müştəri sorğularını effektiv idarə etmək üçün "ticket" (dəstək) sistemi əlavə olundu.

5. SMM, Promo Videolar və Marketinq Kampaniyaları:

  • Şirkətin xidmətlərini hədəf kütləyə vizual olaraq düzgün çatdırmaq üçün hər biri 30-60 saniyə olan 5 ədəd qısa promo video istehsal edildi.
  • TikTok, Instagram və Facebook platformaları üçün məzmunun yaradılmasını və idarə olunmasını əhatə edən 3 aylıq Sosial Media (SMM) kompleksi həyata keçirildi.
  • Hədəf kütləyə çatmaq üçün e-poçt marketinq kampaniyaları və məhsulların demo təkliflərini ehtiva edən vebinarlar təşkil edildi.
  • Şirkət işçiləri üçün veb-sayt, CRM, SEO və sosial medianın effektiv istifadəsi üzrə qrup təlimləri (workshops) keçirildi

Oxşar layihələr