Arter üçün Hərtərəfli Rəqəmsal Marketinq Layihəsi

Arter üçün Hərtərəfli Rəqəmsal Marketinq Layihəsi

Sifarişçi
Arter
Görülən iş
Tarix
2026

Arter üçün hərtərəfli rəqəmsal marketinq və korporativ veb-platforma layihəsi.

ERP və biznes həlləri sahəsində fəaliyyət göstərən Arter üçün şirkətin ekspertizasını və məhsul çeşidini tam əks etdirən müasir, çoxdilli rəqəmsal platforma hazırladıq.

Layihəyə şirkətin mövcud rəqəmsal görünüşünün auditi və Odoo əsaslı ERP xidmətlərinin bazarda necə təqdim olunmalı olduğunun müəyyənləşdirilməsi ilə başladıq. Bu əsasda çoxsəviyyəli məzmun strukturuna malik korporativ sayt üçün strategiya hazırlandı.

Veb inkişaf və çoxdillilik. Ana səhifə, Xidmətlər, Haqqımızda, Layihələr, Media, Karyera və Əlaqə bölmələrini əhatə edən, dil seçimi funksiyası olan tam funksional korporativ veb-sayt front-end və back-end tərəfdən qurulmuşdur. Sayt Arter-in Odoo-nun Gümüş Partnyoru statusunu və xidmət göstəricilərini (məmnun müştəri, tamamlanmış layihə, mütəxəssis sayı, təşkil olunmuş tədbir) vizual şəkildə önə çıxarır.

Xidmətlər və ERP modullarının təqdimatı. ERP Həlləri, Biznes Analiz, Mobil Həllər, IT Həlləri və Tədbirlər istiqamətləri üzrə strukturlaşdırılmış xidmət kataloqu yaradıldı. CRM, Satış, Satınalma, Anbar və Ticarət, Mühasibat, HR, Əmək Haqqı, İşə Qəbul, Layihə İdarəetmə, İstehsalat, Helpdesk, Canlı Chat və E-Poçt Marketinq modulları hər biri üçün ayrıca izahat səhifəsi ilə təqdim edildi.

E-ticarət — Onlayn Mağaza. POS terminalları, barkod oxuyucular, çap avadanlıqları, mobil POS və tərəzi kimi biznes avadanlıqlarının satışı üçün kateqoriyalara bölünmüş, səbət funksiyalı onlayn mağaza modulu inteqrasiya edildi.

Layihələr və məzmun marketinqi. Sektor üzrə (İstehsalat, Pərakəndə, Logistika, Səhiyyə) filtrlənə bilən portfolio bölməsi quruldu, burada real müştəri layihələri (o cümlədən N-Advert, Azmerika, AzərTexnoloji Park) nəticələri ilə təqdim olunur. Bundan əlavə Xəbərlər, Məqalələr və Video İcmallar kateqoriyalarına bölünmüş Media bölməsi vasitəsilə Odoo və ERP mövzularında SEO-yönümlü bloq məzmunu hazırlandı.

Etibar və dəstək elementləri. Tez-tez verilən suallar bölməsi, tərəfdaş loqoları, Karyera səhifəsi və birbaşa əlaqə məlumatları ilə saytın etibarlılığı və konversiya potensialı artırıldı.

arter.az