#

BLOQ

image

Artırılmış Reallıqla, memari modellər tamamən yeni bir şəkildə nümayiş etdirilir. Təklif etdiyimiz proqram, istifadəçilərin ağıllı telefonlar və ya tabletlər vasitəsilə 3D planları asanlıqla manipülə etmələrini təmin edir.

Pulunuzu və zamanınızı qoruyun: binaları, evləri, planları və prototipləri Artırılmış Reallıq ilə təqdim edin.

Sərgilərdə və ya satış ofislərində planlanan, tikilməkdə olan və inşası bitmiş layihələrinizi bahalı və hazırlanması uzun çəkən vasitələrlə deyil yeni, innovativ yol olan Artırılmış Reallıqla sərgiləyin. Artırılmış Reallıq vasitəsilə aşağıdakı faydalardan yararlana bilərsiniz:

360o panoramik görüntü

360o panoramik görüntü ilə potensial müştərilər mənzillərdə gəzmək və yuxarı mərtəbələrdən gələcəkdə görünəcək mənzərəyə baxmaq əldə edir.

İstənilən anda planın və dizaynın ən qısa vaxt içində dəyişdirilə bilinməsi

Artırılmış Reallıq vasitəsilə hazırlanan modeldə istər hazırlanma, istər bitdikdən sonra, ümumiyyətlə istənilən zaman layihədə olan dəyişiklikləri ən qısa vaxtda dəyişmək imkanı verir.

Mərtəbə və mənzil planlarını daha detallı şəkildə incələnə bilinməsi

Müxtəlif növ mənzil və mərtəbə planları olan inşaat layihələrini klassik yollarla təqdim etmək çətin olur. Artırılmış Reallıq vasitəsilə təkcə bunları deyil, eyni zamanda zoom ilə xırda nüansları da göstərmək olur.

Asanlıqla daşına bilinmə (flaş karta sığacaq qədər)

Yerli və xarici sərgilərdə, satış ofislərində, həmçinin görüşlərdə layihənin təqdimatı bu qədər asan olmamışdır. Artırılmış Reallıq həm daşınma xərcini, həm də daşınan zaman zədələnmə riskini sıfıra endirir

Qrafik vizualizasiya

Qrafik vizualizasiya ilə layihəni daha maraqlı və gözəgəlimli təqdim edin. Gecə-gündüz, yay-qış, səs əlavələri və başqa animasiyalarla layihəniz daha yadda qalıcı olacaq.

Broşür və bukletlər vasitəsilə müştərilərin evlərində belə layihəyə detallı baxmaq imkanı

Artırılmış Reallıq potensial müştərilərə paylanan çap məhsulları vasitəsilə layihənin ev şəraitində də baxılma imkanı verir. Burada ən böyük özəlliklərdən biri layihənin müxtəlif dillərdə təqdim edilə bilinməsidir.

Artırılmış Reallıq, harada olursanız olun bir memari modelin bütün ayrıntılarını göstərmənin ən praktik və bənzərsiz bir yoludur.