Fanta C Vitamini BTL aksiya üçün interaktiv əyləncə

C Vitaminli Fanta üçün keçirilən BTL aksiyasında iki layihəmiz təqdim edildi: Birinci layihədə ziyarətçilər qapalı şüşə qutunun içinə girərək müəyyən zaman daxilində ən çox sayda havada uçuşan kürələri yığmalıdır. İkinci layihədə isə ziyarətçi quraşdırılan velosipedin pedallarını çevirərək müəyyən zaman daxilində fanta butulkasını doldurmalıdır. Qaliblərə şirkət tərəfindən hədiyyələr təqdim edilmişdir.