CUSTOMAR Avropa Yenidənqurma və İnkişaf Bankının məsləhətçisi oldu

Sifarişçi

Görülən iş

IT və innovativ marketinq xidmətləri sahəsində Azərbaycanın aparıcı şirkətlərindən olan "Customar", Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) önseçmə prosedurunun uğurla başa çatdığını və akkreditə olunmuş məsləhətçi statusunu əldə etdiyini bildirir.

Şirkət Azərbaycanda çalışan kiçik və orta sahibkarlara, Avropa Yenidənqurma və İnkişaf Bankının Beynəlxalq Kiçik və Orta Müəssisələrə Dəstək Proqramı çərçivəsində maliyyə yükünün bir hissəsini öz üzərinə götürdüyü layihələrdə IT və marketinq xidməti göstərəcək.

"Biz AYİB ilə əməkdaşlığın başlanğıcını elan etməyimizdən məmnunluq duyuruq və Kiçik Biznesin Dəstək Proqramı iştirakçılarına məsləhət xidmətləri göstərməklə yerli biznesin inkişafına, işgüzar mühitin şəffaflığının və hesabatlılığının artırılmasına yardım edirik ", -"Customar "şirkətinin rəhbəri Fərid Davudov bildirib.

Proqrama qoşulmaq və uyğunluq meyarları haqqında daha ətraflı məlumat üçün EBRD-nin veb saytına müraciət edin: https://www.ebrd.com/work-with-us/advice-for-small-businesses/azerbaijan.html

Sonraki layihələr