Sərgi stendində VR təcrübə istifadə etmənin 5 üstünlüyü

Sifarişçi

Görülən iş

VR təcrübə, sərgi stendində istifadə edəcəyiniz ən yaxşı marketinq alətidir. Birazdan səbəblərini açıqlayacağıq

Bəs plakatlar, rollaplar, böyük ekranlar və tanıtım videolarə necə olacaq? - deyə soruşacaqsınız. Təkcə VR təcrübə istifadə etməyinizi söyləmirik. Təbii ki, sərgi stendlərində dizayn önəmlidir və yuxarıda sadaladığımız elementlər burada böyük rol oynayır. Nəticədə ziyarətçilər tədbirlərə gələrkən ilk fərqinə vardıqları şeylər bunlar olur. İndiki dövr üçün isə tamamən Virtual Reallıqda hazırlanmış stend mümkün deyil. Bəs stenddə VR istifadə etmək sizə nə qazandırır?

 

Daha çox ziyarətçi cəlb edir

Bir sərgidə iştirak edirsinizsə, başlıca hədəflərinizdən biri tədbirdən maksimum nəticə əldə etməkdir. Diqqəti və ziyarətçini cəlb etmənin bir çox yolları olsa da, Virtual Reallıq qədər effektiv olanları çox azdır.

Şirkətlərin hesabatlarına görə sərgi stendlərində Virtual Reallıq təcrübəsinin tətbiq edilməsi potensial satışlarda % 33 (!) artım nəticəsini verir.

Fərqli bir dünyaya girmək o qədər həyəcanvericidir ki, demək olar bütün ziyarətçilər Virtual Reallıq təcrübəsini yaşamaq istəyirlər.

Ziyarətçilər stenddəki brend ilə daha çox bağlılıq yaradır

Sərgidə ziyarətçiləri cəlb etməklə yanaşı, Virtual Reallıq əslində tədbirlərə insanların yüksək səviyyədə əylənəcəkləri standardı gətirir və duyğusal bağ yaradır.

Bir VR təcrübəsii son dərəcə maraq çəkicidir . İstifadəçi ətrafındakı virtual dünyanı görür, duyur və təsir edə bilir. Bu da Virtual Reallığı video, afişa və s. kimi klassik reklam alətlərindən daha çox dinamik və maraqlı hala gətirir.

Araşdırmalar, VR-ın digər reklam alətlərinə görə 27% daha çox ziyarətçi cəlb etdiyini göstərməkdədir.

Məhsul və xidmətinizlə daha çox maraqlanırlar

Virtual Reallıq markanızla bağlı yalnızca əyləncə təklif etmir. Stendinizdəki Virtual Reallıq təcrübəsi eyni zamanda güclü bir marketinq alətidir. Ziyarətçilər VR istifadə edilən stendlərdə məhsul və xidmətlərlə daha çox əlaqə yarada bilirlər.

İstifadəçi VR gözlüyü və qulaqlığı taxdıqdan sonra yeni bir dünyaya girir, kənardakı səs-küydən, təsirlərdən uzaqlaşaraq göstərmək istədiyiniz məhsula, xidmətə daha çox fokuslanır. Virtual dünya yalnız məhsul və brenddən ibarətdir!

Araşdırmalar, ziyarətçilərin brendə və məshula % 34 daha uzun vaxt fokuslandığını göstərməkdədir. Bunu standard reklamçılıqla edə bilməzsiniz!

Test xərclərini aşağı salır

Yeni bir məhsul fikriniz var, ancaq test etməniz lazımdır? Həm ziyarətçini cəlb etmək, həm də yeni məhsulu və xidməri bir VR tətbiqində eyni anda test etmek üçün niyə VR təcrübədən istifadə etmirsiniz?

VR təcrübəsi ilə istifadəçinin virtual dünyaya girməsinə izin verə bilərsiniz. Sonra onların reaksiyasını görə bilər və geri bildirim istəyə bilərsiniz. Bu prosesdən ən yaxşı şəkildə yararlanmanıza yardımcı olur .

Satışları artırır

Yuxarıda göstərilən bütün avantajlar tək bir şeyə yol açır: satışların artmasına.
Bir VR təcrübəsi ziyarətçiləri stendinizə çəkir və brendinizə modern, innovativ görüntü qazandırır.

Araşdırmalar , Millennialların ve Z nəslinin 51%-nin , VR və innovasiya istifadə edən şirkətlərin məhsul və xidmətlərini seçdiklərini göstərir. Çünki bu, şirkətlərə daha müasir görüntü və imic verir.

Dolayısıyla standard reklamçılıq olması gərəkən effektivliyi göstərmirsə, VR təcrübəsini tətbiq etməyi düçünün.

Sonraki layihələr